Azərbaycan və Pakistan XİN rəhbərləri telefonla danışıblar | YENİLƏNİB

Azərbaycan və Pakistan XİN rəhbərləri telefonla danışıblar |  YENİLƏNİB
  11 Oktyabr 2025    Oxunub:1181
Xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata əsasən, telefon danışığı zamanı iki ölkə arasında mövcud və gələcək strateji tərəfdaşlıq əlaqələri, regional təhlükəsizlik, xüsusilə də Yaxın Şərqdə vəziyyət və Qəzzada atəşkəs barədə razılaşmadan irəli gələn məsələlər müzakirə olunub.

* * *

14:40
Pakistan Baş nazirin müavini, xarici İşlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.
AzVision.az Pakistan XİN-in yaydığı məlumata istinadən xəbər verir ki, tərəflər Yaxın Şərqdəki, xüsusən də Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

İki dövlətin XİN rəhbərləri, eyni zamanda, ərəb-islam ölkələrinin regionda sülh və sabitliyin təşviqi istiqamətində daha geniş səyləri, eləcə də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti